Pəncə-Qaplan əməliyyatı çərçivəsində PKK-ya məxsus silah-sursat ələ keçirilib

İraqın şimalındakı terror hədəflərinə istiqamətli həyata keçirilən Pəncə-Qaplan əməliyyatı çərçivəsində terror təşkilatı PKK-ya məxsus çox sayda silah-sursat ələ keçirilib.

1461687

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) verdiyi açıqlamada əməliyyatın uğurla davam etdiyi ifadə edilərək "Qəhrəman əsgərlərimiz aşkarlanan anbarda terror təşkilatı PKK-ya aid çox sayda silah və döyüş sursatını ələ keçirdilər. Aşkarlanmış materiallar METI (Mina, əllə hazırlanmış partlayıcı aşkarlama və məhvetmə) qrupumuz tərəfindən məhv edildi. 63 AK-47 piyada tüfəng, snayper tüfəngi, 2 ov tüfəngi, 50 raketvuranı silah, 1000 doçka zenit sursatı, 300 ədəd AK-47 piyada tüfəng gülləsi, 50 qumbara, 25 kiloqram dinamit ələ keçirildi" deyilib.

Әlaqәli Xәbәrlәr