Ayasofyanın açılış mərasimi İran mediasında

İran dövlət televiziyası Ayasofya Kəbir Şərif məscidinin 86 il sonra ibadətə yenidən açılmasını "əsrin ən əhəmiyyətli hadisələrindən biri" olaraq xarakterizə edib.

1461538
Ayasofyanın açılış mərasimi İran mediasında

İran dövlət televiziyası Ayasofya Kəbir Şərif məscidinin 86 il sonra ibadətə yenidən açılmasını "əsrin ən əhəmiyyətli hadisələrindən biri" olaraq xarakterizə edib.
İranın dövlət televiziyası "IRIB", İranın rəsmi xəbər agentliyi "İRNA" və "Fars" xəbər agentliyi başda olmaqla İranın əsas media orqanları Ayasofya məscidinin açılışını şəkillər və görüntülü xəbərlərlə ictimaiyyətə təqdim etdi.
İran dövlət televiziyasının məscidin açılması ilə bağlı yayılan xəbərində Ayasofya məscidinin muzey statusunun ABŞ, Fransa, Misir və Yunanistanın etirazlarına baxmayaraq 86 il sonra Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən götürülərək yenidən məscidə çevrildiyi bildirilib.  Xəbərdə aşağıdakı ifadələr yer alıb:
"Minlərlə həvəsli müsəlman 86 ildən sonra Ayasofyada ilk cümə namazını qılmaq üçün Türkiyənin hər yerindən İstanbula gəldi. Əsrin ən əhəmiyyətli hadisələrindən biri olan Ayasofyanın məscid olaraq yenidən açılması mərasimi ölkə daxilindən və xaricindən onlarla media quruluşu tərəfindən təqib edildi".
İranın rəsmi agentliyi "İRNA" isə Ayasofya məscidinin açılması ilə əlaqədar xəbərini "86 illik fasilədən sonra Ayasofiyadakı cümə namazı" başlığı ilə çatdırıb.
Ayasofyanın açılışında Prezident Ərdoğan başda olmaqla dövlət səlahiyyətlilərinin qatıldığını bildirən "İRNA" açılış proqramının Quran oxunması ilə başladığını yazıb.
İranın yarı rəsmi "Fars" xəbər agentliyi "Təribən bir əsr sonra Ayasofyada ilk cümə namaz" başlığı ilə çatdırdığı xəbərində "Məhkəmənin qərarı və prezidentin imzası ilə  muzey statusuna son qoyulan Ayasofyada 86 il sonra prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə ilk cümə namazı qılındı" ifadəsi işlədilib.
Ölkənin digər yarı rəsmi xəbər agentliklərindən biri olan "Tesnim" isə oxuçularına Ayasofya məscidində ilk cümə namazını qılmaq istəyən vətəndaşların səhər məscidə gəldiklərini və prezident Ərdoğanın məsciddə Quran oxuduğu xəbərini çatdırıb.



Әlaqәli Xәbәrlәr