Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistanın növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

1460138
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.



Әlaqәli Xәbәrlәr