Ermənistan və Rusiya birgə hərbi təlimlərə başladı

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Rusiya ilə Ermənistanın ortaq regional hava müdafiə sistemi hərbi manevri etdiyini bildirdi

1460652
Ermənistan və Rusiya birgə hərbi təlimlərə başladı

 

  Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Rusiya ilə Ermənistanın ortaq regional hava müdafiə sistemi hərbi manevri etdiyini bildirdi.

  “Facebook” hesabından verdiyi məlumatda Ş.Stepanyan bildirib: “Bu gün (23 iyul) Ermənistanda Rusiya ilə ortaq hava müdafiə sistemləri manevrinə başladıq. Hərbi təlimin məqsədi kəşfiyyat və silahlı pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının araşdırılmasıdır. Manevr əsnasında silahlı PUA-lara qarşı yeni mübarizə üsulları inkişaf etdiriləcək. Hərbi təlimdə Rusiya və Ermənistan hava müdafiə sistemləri komandirləri, ov döyüş təyyarələri və hər iki ölkənin hava müdafiə sisteminin bütün birlikləri iştirak edir."

  Qeyd edək ki, manevrin nə vaxt sona çatacağı ilə bağlı məlumat paylaşılmayıb.



Әlaqәli Xәbәrlәr