"Heç bir sanksiya və hədə-qorxu İranı yolundan döndərə bilməz"

İran İslam Şurası Məclisinin (parlament) milli təhlükəsizlik komitəsinin nümayəndəsi Əbdülfəzl Əmuyi Fordo nüvə təsisatında 4,5 faiz səviyyəsinə uranın zəngiləşdirilməsi prosesinin davam etdiyini bildirib

1459451
"Heç bir sanksiya və hədə-qorxu İranı yolundan döndərə bilməz"

 

  İran İslam Şurası Məclisinin (parlament) milli təhlükəsizlik komitəsinin nümayəndəsi Əbdülfəzl Əmuyi Fordo nüvə təsisatında 4,5 faiz səviyyəsinə uranın zəngiləşdirilməsi prosesinin davam etdiyini bildirib.

  Natanz nüvə obyektində baş verən yanğından sonra İran parlamentində hadisənin araşdırılması üçün komissiya yaradılıb. Komissiya üzvləri Natanzla yanaşı, digər nüvə obyektlərində də aparılan işlərlə tanış olaraq hesabat hazırlayıblar. Hesabatda qeyd olunub ki, yanğın obyektin fəaliyyətinə və aparılan nüvə tədqiqatlarına ciddi təsir göstərməyib.

  Komissiya İranın Nüvə Enerjisi Təşkilatı ilə əməkdaşlıq edərək hazırladıqları hesabatda nəzərə çatdırıblar ki, məqsədə nail olunana kimi nüvə tədqiqatları davam etdiriləcək. Heç bir sanksiya və hədə-qorxu İranı yolundan döndərə bilməz. Komissiya onu da vurğulayıb ki, İran nüvə tədqiqatlarını yalnız sülh məqsədləri üçün həyata keçirir.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr