Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumunu nə etdi

İyulun 15-də Bolqarıstan sosialist partiyası müxalifətin korrupsiyada ittiham etdiyi hökumətə etimadsızlıq votumunu beşinci dəfə parlamentin müzakirəsinə çıxarıb

1459543
Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumunu nə etdi

 

  Bolqarıstan Milli Məclisi (parlament) iyulun 21-də keçirilən iclasında Boyko Borisovun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlıq votumunu qəbul etməyib. Bu barədə Bolqarıstan parlamentinin saytı xəbər verir.

  İyulun 15-də Bolqarıstan sosialist partiyası müxalifətin korrupsiyada ittiham etdiyi hökumətə etimadsızlıq votumunu beşinci dəfə parlamentin müzakirəsinə çıxarıb və səsvermə iyulun 21-nə təyin olunub. Səsvermə zamanı 102 deputat etimadsızlıq votumunun lehinə, 124 deputat əleyhinə səs verib, 11 qanunverici isə bitərəf qalıb. Votumun qəbul edilməsi üçün parlament üzvlərinin yarıdan çoxunun – 121 deputatın səsi lazım idi. Bundan sonra etimadsızlıq votumu üzrə yeni təklif minimum altı aydan sonra parlamentə çıxarıla bilər.

  İyulun 20-də hökumətin istefasını tələb edən nümayişçilər paytaxt Sofiyanın mərkəzində yolu bağlayaraq polisin qoruduğu parlament binasını mühasirəyə almağa çalışıb. İyulun 9-dan başlayaraq davam edən etiraz aksiyalarında iştirak edən minlərlə vətəndaş hələ fevral ayında hökumətə inamının qalmadığını deyən Bolqarıstan prezidenti Rumen Radevə dəstəyini nümayiş etdirir.



Әlaqәli Xәbәrlәr