"Sea Breeze-2020" hərbi təlim Qara dənizdə başlayıb

Türkiyənin də iştirak etdiyi "Sea Breeze-2020" hərbi təlim Qara dənizdə başlayıb.

1458634
"Sea Breeze-2020" hərbi təlim Qara dənizdə başlayıb

Türkiyənin də iştirak etdiyi "Sea Breeze-2020" hərbi təlim Qara dənizdə başlayıb.
Hərbi təlimdə Türkiyə ilə yanaşı ABŞ, Fransa, Norveç, Rumıniya, Bolqarıstan, Gürcüstan, İspaniya və Ukraynadan təxminən 2 min əsgərin iştirak edəcəyi bildirilib.
Ukraynanın Müdafiə Nazirliyinin verdiyi məlumatda yeni növ koronavirusun (Covid-19) yayılması səbəbindən yalnız dəniz və hava hissəsinin həyata keçiriləcəyi təlimdə 20-dən çox döyüş gəmisi, təyyarə və helikopterlərin yer alacağı vurğulanıb.
Açıqlamada "Sea Breeze-2020" hərbi təlimin məqsədi Qara dəniz bölgəsində sabitliyi və təhlükəsizliyi təmin etməkdir." ifadəsi yer alıb. 
Hərbi təlimlərin 7 gün davam edəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr