İranda rejim və Ermənistan əleyhinə nümayişlər

İranın cənubundakı Xuzistan əyalətinə bağlı Behbahan şəhərində edamların dayandırılması üçün etirazlar rejim və Ermənistan əleyhinə nümayişlərə çevrildi

1456786
İranda rejim və Ermənistan əleyhinə nümayişlər

 

  İranın cənubundakı Xuzistan əyalətinə bağlı Behbahan şəhərində edamların dayandırılması üçün etirazlar rejim və Ermənistan əleyhinə nümayişlərə çevrildi.

  2019-cu ilin noyabr ayında benzin artımına etiraz nümayişlərinə görə 3 nəfərin edam cəzasına məhkum edilməsinə reaksiya olaraq Behbahan meydanında nümayiş təşkil edildi.

  Sosial mediadan paylaşılan görüntülərə görə, ölkənin dini başçısı Əli Hamaney əleyhinə şüarların atılması ilə polis tərəfindən nümayişçilərə müdaxilə olunub, gərginlik yaşanıb.

  İranın bir çox şəhərində edam cəzalarına etiraz məqsədiylə nümayişə çağırışla əlaqədar təhlükəsizlik qüvvələri paytaxt Tehran başda olmaqla mərkəzi şəhərlərin əsas meydanlarında tədbirlər görmüşülər.

  Bundan başqa, Ermənistanın Azərbaycana hücumunu qınamaq və rəsmi Bakıya dəstək məqsədiylə Təbriz və Urmiya şəhərlərində olacaq nümayişlərə polis icazə verməyib.

  Sosial mediadan paylaşılan görüntülərdə Təbrizin ayrı-ayrı yerlərində toplanan qrupların "Qarabağ bizimdir, bizim olacaq" şüarları atdığı görünür.

  Paytaxt Tehranda Ermənistanın İran Səfirliyi qarşısında toplanmağa çalışan yerli Azərbaycan türklərini isə polis və İnqilab Mühafizləri Ordusu sərt şəkildə dağıdıb.



Әlaqәli Xәbәrlәr