Bolqarıstan parlamenti hökumətə etimadsızlığı müzakirə edəcək

Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumu barədə təklifi müzakirə edəcək

1456279
Bolqarıstan parlamenti hökumətə etimadsızlığı müzakirə edəcək

 

  Bolqarıstanın müxalif Sosialist partiyasının hakimiyyət orqanlarında korrupsiya ilə bağlı hökumətə etimadsızlıq votumu barədə təklifi iyulun 20-də parlamentin növbədənkənar iclasında müzakirə olunacaq.

  TASS informasiya agentliyi xəbər verir ki, bu barədə qərar Bolqarıstan parlamentinin iyulun 16-da keçirilən iclasında qəbul edilib.

  Ölkə qüvvədə olan qanunlara əsasən, hökumətə etimadsızlıq votumu barədə təklif parlament dəftərxanasına təqdim olunduqdan sonra üç-yeddi gün ərzində müzakirə olunmalıdır. Bundan sonra 24 saatdan tez olmayaraq səsvermə keçirilməlidir. Qanunvericilərin yarıdan çoxunun, yəni 121 deputatın səsi qərarın qəbul olunması üçün yetərli sayılır.



Әlaqәli Xәbәrlәr