Yunanıstan mühacir düşərgələri fəlakət vəziyyətdədir

Almaniya heyət üzvləri hesabatda vəz iyyəti "fəlakət" adlandırıb və şikayətçi olduqlarını ifadə ediblər

1453544
Yunanıstan mühacir düşərgələri fəlakət vəziyyətdədir

 

  Yunanıstandakı mühacir düşərgələri fəlakət bir vəziyyətdədir.

  “Der Spiegel”də (Almaniya) yazılan xəbərə görə, Yunanıstandakı mühacir düşərgələrinə baş çəkən Almaniya Daxili İşlər Nazirliyinin heyəti Federal Məclis Daxili İşlər Komissiyasına hesabat təqdim edərək orada vəziyyətin çox pis olduğunu bildirib. Heyət üzvləri hesabatda vəziyyəti "fəlakət" adlandırıb və şikayətçi olduqlarını ifadə ediblər.

  Hesabatda, xüsusilə Sisam adasında 650 nəfər üçün hazırlanan düşərgədə 6 mindən çox adamın qaldığı və bu vəziyyətin Avropa standartlarıyla qəti uyğun gəlmədiyi qeyd olunub. Düşərgələrdə yetkinlik yaşına çatmayan uşaqların yerləşdirildikləri, tualet qapılarının belə olmadığı, qızların tək konteynerdə qaldığı və əşyalarının yerlərə dağıldığı məlumatı paylaşılıb.

  Yunanıstanda sağlıq vəziyyətləri pis olan 243 uşağın yaxınlarıyla birlikdə Almaniyaya aparılacağı da bildirilib.



Әlaqәli Xәbәrlәr