Terror tәşkilatı YPG/PKK Afrindә hücum törәdib

Suriyanın şimalındakı Afrin qәsәbәsindә törәdilәn bombalı hücum nәticәsindә bir polis әmәkdaşı hәlak olub, 2 mülki vәtәndaş da xәsarәt alıb.

1448680
Terror tәşkilatı YPG/PKK Afrindә hücum törәdib

 

Suriyanın şimalındakı Afrin qәsәbәsindә törәdilәn bombalı hücum nәticәsindә bir  polis әmәkdaşı hәlak olub, 2 mülki vәtәndaş da xәsarәt alıb.

Türkiyә Silahlı Qüvvәlәrinin ‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәdiyi Afrinin mәrkәzindә yol kәnarına әvvәlcәdәn yerlәşdirilәn partlayıcı qurğu işә salınıb.

Hadisә nәticәsindә bir polis әmәkdaşı hәlak olub, 2 mülki vәtәndaş da  yaralanıb.

Tәhlükәsizlik mәnbәlәri terrorçulardan tәmizlәnәn bölgәlәrdәki hücumların  separatçı terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdildiyini, ancaq tәşkilatın hücumlara görә mәsuliyyәti öz üzәrlәrinә götürmәdiyini vurğulayıb.

Qeyd edәk ki, iyunun 24-dә Afrinin mәrkәzindә minalanmış avtomobil ilә törәdilәn hücum nәticәsindә 2 mülki vәtәndaş hәlak olmuşdu, 5 nәfәr dә xәsarәt almışdı.

Tel Rıfatdakı mövcudluğunu davam etdirәn YPG/PKK terror tәşkilatı  vaxtaşırı Bab, Azez, Cerablus vә Afrin bölgәlәrini hәdәf alaraq terror aktları törәdir.



Әlaqәli Xәbәrlәr