Hәsәn Ruhaninin müşaviri istefa verib

Bu barәdә Hәmid Ebutalibi rәsmi internet sәhifәsindә mәlumat verib.

1445729
Hәsәn Ruhaninin müşaviri istefa verib

 

İran prezidenti Hәsәn Ruhaninin siyasi mәsәlәlәr üzrә müşaviri Hәmid Ebutalibi istefa verib.

Bu barәdә Hәmid Ebutalibi  rәsmi internet sәhifәsindә mәlumat verib. O, istefa verdiyini vә istefa mәktubunu prezident Hәsәn Ruhaniyә tәqdim etdiyini deyib.

Qeyd edәk ki, Hәmid Ebutalibi 2017-ci ildәn etibarәn Hәsәn Ruhaninin siyasi mәsәlәlәr üzrә müşaviri vәzifәsini icra edirdi. Ebutalibi daha әvvәl ölkәsinin Belçika, Avstraliya vә İtaliyadakı sәfiri vәzifәlәrini dә icra edib.



Әlaqәli Xәbәrlәr