Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək

İyunun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulub.

1445673

Görüşün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilməsinin planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, bu gün (29 iyun) Azərbaycanın xarici işlər naziri E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.

Әlaqәli Xәbәrlәr