YPG/PKK mülki vәtәndaşlara hücum etdi

Suriyanın Tel Rıfat bölgәsindә törәdilәn terror hücumu nәticәsindә azı beş nәfәr hәlak olub.

1441854
YPG/PKK mülki vәtәndaşlara hücum etdi

 

Suriyanın Tel Rıfat bölgәsindә törәdilәn terror hücumu nәticәsindә azı beş nәfәr hәlak olub.

Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda separatçı terror tәşkilatı PKK/YPG-nin suriyalı günahsız mülki vәtәndaşlara hücum etmәyә davam etdiyi, Tel Rıfatda törәdilәn hücum nәticәsindә azı beş nәfәrin hәlak olduğu, 12 nәfәrin dә yaralandığı bildirilib.

Separatçı terror tәşkilatı YPG/PKK vaxtaşırı bölgәdәki mülki vәtәndaşlara hücum edir.

Mәlumatda hәmçinin 2019-cu ilin 22 oktyabr  tarixindә Soçidә әldә olunan razılaşmadan bu günәdәk  ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd edәn 998 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr