Kərkük Ərəb Məclisi şəhərdə sözdə PKK bayrağının asılmasına reaksiya göstərdi

Kərkük Ərəb Məclisi verdiyi yazılı şərhdə bölücü terror təşkilatı PKK-nın şəhərdə bayrağını asarkən İraq bayrağını cırmasının ölkənin suverenliyinə təhqir olduğunu bildirib...

1441336
Kərkük Ərəb Məclisi şəhərdə sözdə PKK bayrağının asılmasına reaksiya göstərdi

 

  İraqın Kərkük şəhərindəki Ərəb Məclisi bölücü terror təşkilatı PKK-nın bəzi səmt və körpülərə sözdə PKK bayrağını asmasına reaksiya verdi.

  Kərkük Ərəb Məclisi verdiyi yazılı şərhdə bölücü terror təşkilatı PKK-nın şəhərdə bayrağını asarkən İraq bayrağını cırmasının ölkənin suverenliyinə təhqir olduğunu bildirib: “Terror təşkilatlarının İraqda varlığı qəbul edilməməlidir. Təhlükəsizlik qüvvələrinin terrorçuların hərəkətlərinə etiraz etməmələri narahatvericidir. Kərkükün sabitliyi, təhlükəsizliyi və dincliyini pozan hər kəsə qarşı ciddi tədbir görülməlidir.”

  Qeyd edək ki, bölücü terror təşkilatı PKK 19 iyunda İraqın Kərkük şəhərindəki bəzi körpülərdə bayrağını asıb və Türkmən Şəhidlər Qəbiristanlığına hücum edib.



Әlaqәli Xәbәrlәr