Rusiya 2 diplomatı "İstənilməyən adam" elan etdi

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb

1436392
Rusiya 2 diplomatı "İstənilməyən adam" elan etdi

 

  Rusiya Çexiyanın Moskva Səfirliyində çalışan 2 diplomatını "İstənilməyən adam" elan etdi və onların 2 gün içində ölkədən getmələri tələb olundu. Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.  

  Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonkanın nazirliyə çağırılıb, ona səfirlikdə çalışan iki diplomatın “İstənilməyən adam” elan edildiyi bildirilib. Diplomatların ailələriylə birlikdə 17 iyunun sonuna qədər Rusiyanı tərk etmələri tələb olunub. Qərarın verilmə səbəbi olaraq onların “təhrikedici hərəkətləri” söylənilib.

  Qeyd edək ki, Çexiya baş naziri Andrey Babis Çexiya-Rusiya əlaqələrinə zərər verdikləri səbəbiylə 5 iyunda iki Rusiya diplomatını ölkədən xaricetmə qərarı vermişdi.



Әlaqәli Xәbәrlәr