Tel Abyadda partlayış törәdilib, xәsarәt alanlar var

Suriyanın şimalında yerlәşәn vә müxalifәt qüvvәlәrinin nәzarәtindә olan Tel Abyad qәsәbәsindә Suriya Milli Ordusuna mәxsus avtomobilә yerlәşdirilәn bombanın partlaması nәticәsindә Suriya Milli Ordusunun üç üzvü yaralanıb.

1433138

Mәlumata görә, hadisә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Tel Abyadın Suluk bölgәsindә baş verib.

Partlayış nәticәsindә yaralanan әsgәrlәrin әtrafdakı xәstәxanalara çatdırıldığı bildirilib.

Hadisә yerindә araşdırma aparan yerli tәhlükәsizlik qüvvәlәri partlayışın terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyini istisna etmir.

Әlaqәli Xәbәrlәr