Rusiyaya məxsus döyüş təyyarələri İdlibə hava zərbələri endirib

Rusiyaya məxsus qırıcı təyyarələr Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində mülki yaşayış məntəqələri və cəbhə bölgələrinə hava hücumu edib.

1432069
Rusiyaya məxsus döyüş təyyarələri İdlibə hava zərbələri endirib

Rusiyaya məxsus qırıcı təyyarələrinin Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində mülki yaşayış məntəqələri və cəbhə bölgələrinə etdiyi hava hücumu nəticəsində 3 mülki şəxs həyatını itirib, üçü isə yaralanıb.
Hərbi müxalifətə məxsus təyyarə rəsədxanasının məlumatına görə, Rusiya qırıcı təyyarələri ərazidə 20-dən çox hava hücumu həyata keçirib.
İdlibin Mülki Müdafiə İdarəsinin (Ağ dəbilqəlilər) nümayəndəsi Mustafa Hac Yusuf'un verdiyi məlumata görə, Movzara kəndinə edilən hücumda 2 və Deyr Sünbül kəndində bir nəfər olmaqla, 3 mülki şəxs həyatını itirib.
Hücumlar nəticəsində yaralanan 3 mülki şəxsin bölgədəki xəstəxanalara göndərən Mülki Müdafiə qrupları axtarış və xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, Türkiyə, Rusiya və İranın iştirak etdiyi 4-5 may 2017-ci il tarixindəki Astana yığıncağında gərginliyi azaltma bölgəsi elan edilən İdlibdə atəşkəs qüvvəyə minsə də Əsəd rejimi və müttəfiqləri bunu nəzərə almayaraq hücumlarını davam etdirdi.



Әlaqәli Xәbәrlәr