İraqda neft emalı zavoduna hücumun qarşısı alınıb

İraqın Diyala şәhәrinin şәrqindәki Nefthane bölgәsindә terror tәşkilatı DEAŞ-ın neft emalı zavoduna tәşkil etdiyi hücumun qarşısı alınıb.

1432555
İraqda neft emalı zavoduna hücumun qarşısı alınıb

 

İraqın Diyala şәhәrinin şәrqindәki Nefthane bölgәsindә terror tәşkilatı DEAŞ-ın neft emalı zavoduna tәşkil etdiyi hücumun qarşısı alınıb.

Mәlumata görә, terror tәşkilatı DEAŞ-ın üzvlәri Nefthane bölgәsindәki neft emalı zavoduna hücum etmәyә  cәhd edib. Mәlumatda tәhlükәsizlik qüvvәlәrinin hücumun qarşısını aldığı vurğulanıb.

Qarşıdurma zamanı öldürülәn terrorçuların sayı ilә bağlı mәlumat verilmәyib. Qarşıdurma zamanı hәmçinin terror tәşkilatı DEAŞ-a mәxsus çox sayda partlayıcı maddә әlә keçirilib.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul, Sәlahәddin vә Enbar vilayәtlәrinin tamamını, Diyala vә Kәrkük vilayәtlәrinin isә bir hissәsini nәzarәtinә keçirmişdi. Hәmin bölgәlәr daha sonra İraq qüvvәlәrinin nәzarәtinә keçmişdi. İraqın keçmiş Baş naziri Heydәr Әl-İbadi 2017-ci ilin 9 dekabr tarixindә terror tәşkilatı DEAŞ-ı mәğlub etdiklәrini açıqlamışdı.

Terror tәşkilatı DEAŞ buna baxmayaraq Kәrkük, Diyala, Mosul, Sәlahәddin vә Enbar vilayәtlәrinin bәzi bölgәlәrindә hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr