Suriya döyüş təyyarələrinin ikinci qrupunu Rusiyadan təhvil aldı

Rusiyanın Suriyadakı Səfirliyi yaydığı məlumatda bildirib...

1429673
Suriya döyüş təyyarələrinin ikinci qrupunu Rusiyadan təhvil aldı

 

  Rusiyanın Suriyadakı Səfirliyi Bəşər Əsəd hökumətinə yeni nəsil MİG-29 tipli döyüş təyyarələri verdiklərini açıqlayıb. Səfirlik “twitter” hesabından yaydığı məlumatda bildirib: “Rusiya və Suriya hökumətləri arasındakı hərbi və texniki əməkdaşlıq çərçivəsində Suriya inkişaf etmiş MİG-29 döyüş təyyarələrinin ikinci qrupunu Rusiyadan təhvil aldı”.

  Suriyanın SANA xəbər agentliyinin məlumatında da hökumət ordusunun Rusiya Federasiyasından bir silsilə inkişaf etmiş və müasir MİG-29 tipli döyüş təyyarələri aldığını və onların iyun ayından Suriya hava sahəsində uçuşlar reallaşdıracağı bildirilib.



Әlaqәli Xәbәrlәr