İranın yük gəmisi İraq sularında batıb

İran Dənizçilik və Liman İdarəçiliyi Təhlükəsizlik şöbəsinin müdiri Nadir Pesende Mehr xəbər agentliyinə verdiyi məlumatda bildirib...

1430144
İranın yük gəmisi İraq sularında batıb

 

  İrana aid yük gəmisi İraqın sahillərinə yaxın yerdə batdı və iki nəfər həyatını itirdi.

  İran Dənizçilik və Liman İdarəçiliyi Təhlükəsizlik şöbəsinin müdiri Nadir Pesende Mehr xəbər agentliyinə verdiyi məlumatda bildirib: “Xuzistan əyalətinə bağlı Xürrəmşəhrdən İraqın Um əl-Kasr limanına gedən yük gəmisi İran saatıyla 5 iyuna keçən gecə 03.00-da İraq sahillərində batıb. İki adam həyatını itirib, 4 nəfər qurtarılıb, itkin düşən 5 heyət üzvünün xilas edilməsi üçün İran və İraqın əlaqədar qurumları birgə çalışır. Bu yük gəmisi İrandan İraqa 850 tonluq dulusçuluq məmulatı daşıyırdı”.

  Qeyd edək ki, İraq yerli mediasında yazılan xəbərlərə görə, İraqın cənubundakı Bəsrə Körfəzinin Xor Abdullah Kanalı girişində İranın "Behbehan" adlı yük gəmisi hələ təyin oluna bilməyən səbəbdən sübhə yaxın batıb.



Әlaqәli Xәbәrlәr