Rusiya XİN: Türkiyə-Rusya əlaqələri strateji tərəfdaşlıq mərtəbəsinə yüksəlir

Rusiya Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

1428836
Rusiya XİN: Türkiyə-Rusya əlaqələri strateji tərəfdaşlıq mərtəbəsinə yüksəlir

Rusiya Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin daha qədim-500 ildən artıq tarixinin olduğu xatırlanır.

Diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümünün, Rusiya və Osmanlı imperiyaları dağıldıqdan sonra ikitərəfli əlaqələrin inkişafında yeni bir dönəm olduğu bildirilən açıqlamada, “Türk xalqının xarici işğalçılara qarşı mübarizəsi nəticəsində qurulan Türkiyə Böyük Millət Məclisini (TBMM) dünyada ilk olaraq Sovet İttifaqı Hökuməti tanıyıb” ifadələri işlənib.

Rusiya Sovet Federativ Sosialist Respublikasının Xarici İşlər Xalq Komissarı Georgiy Çiçerin tərəfindən 3 iyun 1920-ci ildə TBMM sədri Mustafa Kamal Atatürkə tez bir zamanda “diplomatik və konsulluq nümayəndəliklərinin yaradılması” təklifi ilə teleqraf göndərdiyi xatırladılan açıqlamada bildirilir ki, həmin gün Sovet Rusiyası ilə TBMM Hökuməti arasında diplomatik münasibətlərin qurulmasının rəsmi tarixi kimi qəbul edilib.

Açıqlamada “Ötən əsr boyunca yaxşı qonşuluq, qarşılıqlı mənfəət çərçivəsində əməkdaşlıq və bir-birilərinin maraqlarına hörmət əsasında qurulmuş Rusiya-Türkiyə münasibətləri bir çox sınaqdan uğurla keçib. Bu gün bu əlaqələr yüksələn xətlə inkişaf edir, bir çox sahələrdə əmin addımlarla strateji tərəfdaşlıq mərtəbəsinə yüksəlir. Bu, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində vacib amildir. Belə əhəmiyyətli ildönümündə Türk tərəfdaşlarımızı təbrik edirik” ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr