Kərkükün cənub-qərb hissəsində terror təşkilatı DEAŞ-a qarşı əməliyyat

İraqın baş naziri Mustafa əl-Kazıminin göstərişi ilə Kərkükün cənub-qərb hissəsində terror təşkilatı DEAŞ-a qarşı əməliyyat başladılıb.

1427968
Kərkükün cənub-qərb hissəsində terror təşkilatı DEAŞ-a qarşı əməliyyat

İraqın baş naziri Mustafa əl-Kazıminin göstərişi ilə Kərkükün cənub-qərb hissəsində terror təşkilatı DEAŞ-a qarşı əməliyyat başladılıb.
Kazıminin hərbi sözçüsü Yahya Resul "Baş nazir Kazıminingöstərişi ilə Kərkükün cənub-qərbində DEAŞ-a qarşı "İraq Qəhrəmanları"adlı əməliyyatlara başlandı" ifadəsini işlədib.
Əməliyyatın 5 fərqli istiqamətdən davam etdiyini deyən Rəsul bu əməliyyatın sabitliyin və təhlükəsizliyin təmin edilməsi və ərazini DEAŞ-dən təmizləmək məqsədi daşıdığını söyləyib.
Kərkük Əməliyyatlar komandiri general-leytenant Saad Harbiye də əməliyyatda 13 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Terrorçuların Kərkükün cənubundakı Çay vadisi yaxınlığında öldürüldüyünü bildirən Harbiye İraq ordusu, İraq federal polisi, Haşi Şabi və Kərkük Əməliyyat Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatın 3 gün davam edəcəyini vurğulayıb.
Digər tərəfdən, İraqın baş naziri Mustafa əl-Kazımi terror təşkilatı DAEAŞ-a qarşı əməliyyatların başladığı Kərkükdə olub.
Baş Nazirliyin Mətbuat Ofisinin açıqlamasına görə, Kazımi Kərkükdəki İnkişaf etdirilmiş Birgə Əməliyyat Komandanlıq mərkəzini ziyarət edib, komandirlərlə görüşüb və həyata keçirilən əməliyyatlar haqqında məlumat alıb.
 Baş nazir Kazımi verdiyi açıqlamada "Bütün bölmələrdən ibarət təhlükəsizlik qüvvələrimiz, çətin proseslərin və risklərin olduğu bir mühitdə terroru məhv etmək üçün qəhrəmanlıqla səy göstərir" deyib.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri də əməliyyatları havadan dəstəkləyir.
Qeyd edək ki,  bununla baş nazir Kazımi vəzifəsinin icrasına başladıqdan sonra ilk səfərini Kərkükə etdi. Terror təşkilatı DEAŞ hərdən Kərkük ətrafındakı hərbi hissələrə hücumlar edir.



Әlaqәli Xәbәrlәr