İran Astana prosesilə əlaqədar açıqlama verdi

İran "Astana prosesinə daxil olan ölkələrin Suriya dövlətinin gələcəyi ilə bağlı qərarlar qəbul etməsi" xəbərlərini təkzib edib.

1414576
İran Astana prosesilə əlaqədar açıqlama verdi

İran "Astana prosesinə daxil olan ölkələrin Suriya dövlətinin gələcəyi ilə bağlı qərarlar qəbul etməsi" xəbərlərini təkzib edib.
İranlı Tələbələr Xəbər agentliyinin (ISNA) məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi "Astana prosesi ölkələrinin Suriya dövlətinin gələcəyi ilə bağlı qərar qəbul etməsi xəbəri həqiqəti əks etdirmir" ifadəsini işlədib.
Rəsmi Tehranın hər zaman Suriya dövləti və millətinin yanında olduğunu ifadə edən Musəvi "Suriya xalqı Suriyanın gələcəyi ilə bağlı qərar verməlidir" deyib.
Daha əvvəl, Rusiya mediasında da "Rusiya, Türkiyə və İranın, Suriyada Bəşər Əsədin rəhbərlikdən uzaqlaşdırıb müxalifətin də aralarında olduğu bir keçid hökuməti qurmağı planlaşdırdığı" iddiaları yer almışdı.
Astana prosesi Suriyada daimi sülhün təmin edilməsi üçün Türkiyə, Rusiya və İran tərəfindən 2017-ci ildə başladılıb.



Әlaqәli Xәbәrlәr