İranda terrorçular məhv edilib

İranda terror təşkilatının üzvləri məhv edilib

1411644
İranda terrorçular məhv edilib

 

  İranın Xuzestan vilayətində keçirilən xüsusi əməliyyat zamanı Əl-Əhvaz terror təşkilatının 8 üzvü məhv edilib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Heydər Abbaszadə məlumat verib. Onun sözlərinə görə, silahlı qruplaşma ötən 6 ay müddətində Xuzistan vilayətində ağır cinayətlər törədiblər. Terrorçular polis zabitini qətlə yetirib, Sepah bazalarına, dini təhsil verən məktəblərə silahlı basqınlar ediblər. Silahlıların evlərində və iş yerlərində aparılan axtarış zamanı Əl-Əhvaz terror təşkilatının bayrağı tapılıb.

  H.Abbaszadə onu da nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və terror təşkilatı ilə əlaqəli olan adamlar müəyyən edilir.



Әlaqәli Xәbәrlәr