BMT: Türkiyə Suriyaya yardım prosesini asanlaşdırır

BMT Türkiyənin "Covid-19" pandemiyası ilə özünün apardığı mübarizəyə baxmayaraq sərhəddən kənara olan kömək prosesini asanlaşdırdığını açıqlayıb.

1408162
BMT: Türkiyə Suriyaya yardım prosesini asanlaşdırır

BMT Türkiyənin "Covid-19" pandemiyası ilə özünün apardığı mübarizəyə baxmayaraq sərhəddən kənara olan kömək prosesini asanlaşdırdığını açıqlayıb.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok Suriyada "Covid-19" pandemiyasına yoluxma hallarının sayının rejimin nəzarətindəki bölgələrdə 43-ə yüksəldiyini və bunlardan üçünün öldüyünü söyləyib.
Lovkok İdlibdə "Covid-19" testi üçün bir laboratoriya qurulduğunu və bəzi testlərin isə Türkiyədə keçirildiyini ifadə edib.
Son bir neçə həftədə rejimin nəzarətindən kənarda olan əraziləri Ariha və Atarebə 135.000 insanın qayıtdığını, lakin çoxlarının dağılmış evləri ilə üzləşdiklərini bildirən Lovkok şimal-qərbdə atəşkəs olduğunu bildirdi, ancaq şimal-qərbdəki humanitar vəziyyətin çox pis olduğunu vurğulayıb.
Lovkok BMT-nin epidemiyanın Suriyanın şimal-qərbinə yayılmasının qarşısını almaq üçün sərhədyanı yardımlarda gigiyena dəstləri və izolyasiya bölmələri üçün çadırlara üstünlük verdiyini bildirib və "Türkiyə virusla olan öz mübarizəsinə baxmayaraq bu prosesi asanlaşdırır'' ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr