ABŞ Suriyada Fərat çayının şərqində xüsusi birlik yaradır

ABŞ Suriyada Fərat çayının şərqində Suriya Demokratik Qüvvələri (SDQ) adından istifadə edən terror təşkilatı YPG/PKK sıralarında ərəb ünsürlərindən xüsusi bir birlik yaradır.

1407598
ABŞ Suriyada Fərat çayının şərqində xüsusi birlik yaradır

ABŞ Suriyada Fərat çayının şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün Suriya Demokratik Qüvvələri (SDQ) adından istifadə edən terror təşkilatı YPG/PKK sıralarında ərəb ünsürlərindən xüsusi bir birlik yaradır.
Yerli qaynaqlardan əldə edilən məlumata görə, neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün yüzlərlə ərəbdən ibarət olan birlik Deyrizordakı Fərat çayı xəttində yerləşən İranın dəstəklədiyi xarici terror qruplaşmaları ilə mümkün qarşıdurmalarda iştirak edəcək.
YPG/PKK ünsürləri ayda təxminən 100 dollar alarkən, ABŞ yeni birliyə qoşulanlara aylıq 350 dollar maaş verəcək.
Birliyin iştirakçıları ölkənin Suriya-İraq sərhəddində olan Haseke əyalətinin Şeddadi rayonunda təlim keçəcəklər.
Təxminən min silahlı şəxsdən ibarət olacağı gözlənilən birlik birbaşa ABŞ qüvvələrinə bağlı olacaq.
Qaynaqların məlumatına əsasən,  YPG/PKK avtoritetini itirməsi və gələcəkdə xaricdə qalma ehtimalı səbəbiylə ABŞ planına etiraz edib, lakin sonradan qəbul etmək məcburiyyətində qalıb.
Fərat çayının şərqində YPG/PKK işğalı altındakı ərazilər ABŞ-Rusiya arasındakı münaqişəyə səhnə olur.
ABŞ əsgərləri aprelin 27-də Qamışlı rayonunun qərb kəndində və Hasekenin Dırbasiye şəhərinin cənubunda "Sülh çeşməsi" əməliyyatından sonra ilk dəfə patrul xidmətini yerinə yetiriblər.
Sözügedən patrul xətti Rümeylan neft yatağına girmək istəyən Rusiya qüvvələrinin qarşısının almasında ABŞ üçün əhəmiyyək daşıyır.
Digər tərəfdən ABŞ qüvvələri hərbi logistika materiallarını ölkənin şimal-şərqindəki bazaya və hərbi nöqtələrə göndərməyə davam edir.



Әlaqәli Xәbәrlәr