İraqda tәhlükәsizlik qüvvәlәri ilә aksiyaçılar arasında gәrginlik yaşanıb

İraqın cәnubundakı Zikar vilayәtinin Rifai qәsәbәsindә tәhlükәsizlik qüvvәlәri ilә aksiyaçılar arasında baş verәn qarşıdurma nәticәsindә 7 nәfәr xәsarәt alıb.

1405959
İraqda tәhlükәsizlik qüvvәlәri ilә aksiyaçılar arasında gәrginlik yaşanıb

İraqın cәnubundakı Zikar vilayәtinin Rifai qәsәbәsindә tәhlükәsizlik qüvvәlәri ilә aksiyaçılar arasında baş verәn qarşıdurma nәticәsindә yeddi nәfәr xәsarәt alıb.

Bu barәdә ölkәnin Daxili İşlәr Nazirliyinin bir rәsmisi mәlumat verib. O, tәhlükәsizlik qüvvәlәri ilә aksiyaçılar arasında yaşanan gәrginliyin qarşıdurmaya çevrildiyini vә polisin aksiyaçılara hәqiqi güllә ilә müdaxilә etdiyini deyib.

Azı yeddi aksiyaçının yaralandığı etiraz aksiyasının qarşısının alınması üçün bölgәyә әlavә birliklәr göndәrilib. Gәrginliyin nәzarәt altına alınması üçün bölgәdә komendant saatı elan edilib.

Qeyd edәk ki, İraqda 2019-cu ilin oktyabr ayından etibarәn hökumәt әleyhinә etiraz aksiyaları keçirilir. Aksiyaçılar hökumәtin istefasını tәlәb edir.

Ölkә presidenti Berhem Salehin daha әvvәl verdiyi açıqlamaya görә, etiraz aksiyaları altı min adamın ölümünә sәbәb olub



Әlaqәli Xәbәrlәr