Atəşkəsdən sonra evlərinə qayıdan mülki şəxslərin sayı

Suriyada Bəşər Əsəd rejimi və tərəfdarlarının hücumlarında məcburi köçkün olan 185 min mülki şəxs martın 6-da qüvvəyə minən atəşkəsdən sonra evlərinə qayıtdı.

1402348
Atəşkəsdən sonra evlərinə qayıdan mülki şəxslərin sayı

Suriyada Bəşər Əsəd rejimi və tərəfdarlarının hücumlarında məcburi köçkün olan 185 min mülki şəxs martın 6-da qüvvəyə minən atəşkəsdən sonra evlərinə qayıtdı.
Bunu bölgədəki miqrasiya məlumatları üzrə Suriya Müdaxilə Koordinatorluğu müdiri Məhəmməd Hallaj bildirib.

O, Əsəd rejiminin və tərəfdarlarının hərbi əməliyyatların dayandırılması və atəşkəs təmin edilməsi nəticəsində daha əvvəl köç etmək məcburiyyətində qalan mülki şəxslərin evlərinə qayıtmağa davam etdiklərini söyləyib.
Hallaj "Atəşkəsdən sonra təxminən 37 min ailədən ibarət 185 min mülki şəxs İdlib şəhəri və ərazilərilə Hələb çölündəki yaşayış məntəqələrinə geri qayıtdı" deyib.
Qeyri-hökumət təşkilatlarını geri qayıdan  mülki vətəndaşları yardım fəaliyyətlərini artırmağa çağıran Hallaj mülki şəxslərə geri döndükləri bölgələrdə partlamamış bombaların qalıqlarına diqqət yetirmələri baretməyə detməyə xəbərdar edib.
Əsəd rejimi ordusu və İran dəstəkli terrorçu qruplardan ibarət olan rejim güclərinin qurudan irəliləməsiylə keçdiyimiz aylarda böyük mülki yaşayış məntəqələrini ələ keçirdiyini vurğulayan Hallaj yüz minlərlə vətəndaşın isə rejimin ələ keçirdiyi bölgələrə dönmək istəmədiyini və bunların Türkiyə-Suriya sərhəd xəttindəki düşərgələrdə yaşamağa davam edəcəyini ifadə edib.
Hallaj atəşkəs davam edəcəyi təqdirdə daha çox vətəndaşın evlərinə qayıdacağını gözlədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr