DEAŞ İraqda hücumlarını davam etdirir

Bu barәdә Kәrkük Polis İdarәsinin mәtbuat xidmәtinin rәsmisi Afrasyav Kamil mәlumat verib.

1396999
DEAŞ İraqda hücumlarını davam etdirir

 

İraqın Kәrkük şәhәrindә terror tәşkilatı DEAŞ-ın nәzarәt mәntәqәsinә tәşkil etdiyi hücum nәticәsindә bir polis әmәkdaşı hәlak olub.

Bu barәdә Kәrkük Polis İdarәsinin mәtbuat xidmәtinin rәsmisi Afrasyav Kamil mәlumat verib. O, terror tәşkilatına üzv terrorçuların Kәrkükün cәnubundakı Havice qәsәbәsi yaxınlığındakı İraq Federal Polisinә aid nәzarәt mәntәqәsini hәdәf aldığını deyib.

Kamil Mansuriyyәt әl-Cәbәl kәndi yaxınlığında törәdilәn hücum nәticәsindә bir polis әmәkdaşının hәlak olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr