Kәrkükdә terror aktı törәdilib, ölәn vә yaralanan var

Bu barәdә Kәrkük Polis İdarәsinin mәrbuat xidmәtinin rәsmisi Afrasyav Kamil mәlumat verib.

1396207
Kәrkükdә terror aktı törәdilib, ölәn vә yaralanan var

 

İraqın Kәrkük şәhәrindә minalanmış avtomobil ilә törәdilәn terror aktı nәticәsindә bir nәfәr ölüb, bir nәfәr dә yaralanıb.

Bu barәdә Kәrkük Polis İdarәsinin mәrbuat xidmәtinin rәsmisi Afrasyav Kamil mәlumat verib.

O, hücumun şәhәr mәrkәzindә törәdildiyini vurğulayıb.

Hücum nәticәsindә bir zabitin hәlak olduğunu bir nәfәrin dә  ağır yaralandığını ifadә edәn Kamil hücuma görә mәsuliyyәti öz üzәrinә götürәnin olmadığını bildirib.

Kamil hücumun kim tәrәfindәn törәdildiyini müәyyәn etmәk üçün araşdırma apardıqlarını vә şәhәr mәrkәzindә ciddi tәhlükәsizlik tәdbirlәrinin görüldüyünü qeyd edib.



Әlaqәli Xәbәrlәr