''Bəşər Əsəd rejimi Suriyada ''Covid-19''-a yoluxanların gerçək sayını açıqlamır''

Suriya müxalifət və inqilabçı qüvvələrin milli koalisiyasından verilən açıqlamada ölkədə yeni növ koronavirus epidemiyasına yoluxanların sayının daha çox olduğu bildirilib.

1389595
''Bəşər Əsəd rejimi Suriyada ''Covid-19''-a yoluxanların gerçək sayını açıqlamır''

Suriya müxalifət  və inqilabçı qüvvələrin milli koalisiyası  beynəlxalq ictimaiyyətə Bəşər Əsəd rejiminin Suriyada yeni növ koronavirus (Covid-19) epidemiyasına yoluxanların gerçək sayını açıqlaması üçün təzyiq göstərməsi ilə əlaqədar  çağırış edib.

Suriya müxalifət  və inqilabçı qüvvələrin milli koalisiyasından verilən açıqlamada ölkədə yeni növ koronavirus epidemiyasına yoluxanların sayının daha çox olduğu bildirilib.

Açıqlamada bu ifadələrə yer verilib: "Əsəd rejimi Suriyanın vəbasıdır. Rejim hakimiyyətə gəldikdən sonra ölkədə yaşanan  hər şeyi inkar edir. Bölgədən  əldə etdiyimiz məlumata görə,  virus ölkənin  Dəməşq və Latakiya şəhərlərində sürətlə yayılır. Rejim bunu rədd edir".

''Beynəlxalq ictimaiyyətə Bəşər Əsəd rejiminin Suriyada yeni növ koronavirus (Covid-19) epidemiyasına yoluxanların gerçək sayını açıqlaması üçün təzyiq göstərməsi ilə əlaqədar  çağırış edirik'',-deyə açıqlama vurğulanıb.



Әlaqәli Xәbәrlәr