İdlibdə atəşkəs rejimindən sonra evlərinə qayıdan dinc sakinlər

35 minə yaxın dinc sakin İdlib Gərginliyinin Azaldılması Bölgəsində Türkiyə ilə Rusiya arasında imzalanan razılaşmaya əsasən, martın 6-da qüvvəyə minən atəşkəs rejimindən sonra evlərinə qayıdıblar.

1387558
İdlibdə atəşkəs rejimindən sonra evlərinə qayıdan dinc sakinlər

Suriyada Bəşər Əsəd rejimi və tərəfdarlarının hücumları zamanı evlərindən didərgin salınmış 35 minə yaxın dinc sakin İdlib Gərginliyinin Azaldılması Bölgəsində Türkiyə ilə Rusiya arasında imzalanan razılaşmaya əsasən, martın 6-da qüvvəyə minən atəşkəs rejimindən sonra evlərinə qayıdıblar.

Bölgənin miqrasiya məsələləri ilə məşğul olan Suriya Müdaxilə Cavab Koordinatorluğunun direktoru Muhammed Hallaj Əsəd rejimi və tərəfdarlarının hərbi əməliyyatları dayandırdıqdan və atəşkəs əldə olunduqdan sonra bəzi mülki şəxslərin evlərinə qayıtdıqlarını bildirib.

Hallaj“Rejimin hücumlarını intensivləşdirdiyi 2019-cu ilin oktyabr ayından indiyədək 1 milyondan artıq dinc sakin öz evindən didərgin salınmışdı. Atəşkəs əldə olunduqdan sonra onlardan 35 minə yaxını yaşadıqları yerə qayıdıb” deyə əlavə edib.

Rejim qüvvələrinin qurudan irəliləməklə böyük əraziləri ələ keçirdiyini vurğulayan Hallaj yüz minlərlə dinc sakinin rejimin ələ keçirdiyi bölgələrə qayıtmaq istəmədiyini və onların Türkiyə-Suriya sərhəd keçid məntəqəsindəki düşərgələrdə yaşayacaqlarını deyib. O, həmçinin evlərinə qayıdan mülki şəxslərdən partlamamış hərbi sursatlardan dolayı ehtiyatlı olmağı, təhlükəli vəziyyət yarandığı təqdirdə səlahiyyətli orqanlara məlumat vermələrini xahiş edib.



Әlaqәli Xәbәrlәr