Fransa İraqdakı əsgərlərini çıxardığını bildirdi

Fransanın ABŞ-ın başçılığındakı terror təşkilatı DEAŞ əleyhinə beynəlxalq koalisiyanın daxilində vəzifə icra edən hərbi qulluqçularını İraqdan çıxardığı bildirilib.

1385177

İraqın rəsmi xəbər agentliyi "INA"-nın verdiyi məlumata görə, ölkədə baş verən nümayişlər səbəbiylə 29 noyabrda istefa edən baş nazirin hərbi işlər üzrə sözçüsü Əbdülkərim Xələf DEAŞ-ın əleyhinə beynəlxalq koalisiyada vəzifə icra edən Fransa hərbi qüvvələrinin İraqı tərk etdiyini söyləyib.
Xələf fransız əsgərlərinin ölkədən çəkilməsinin səbəbini açıqlamayıb.
Çexiya Müdafiə Nazirliyi də martın 25-də yayılmaqda davam edən koronavirus təhlükəsi və koalisiya qüvvələrini hədfə alan hücumlardan sonra İraqdakı qoşunlarını geri çəkdiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr