Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

1384129
Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, bölmələrin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışmanın davam etdiyi, vəziyyət Azərbaycan bölmələrinin nəzarəti altında olduğu bildirilib.

Müdafiə Nazirliyi bildirib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.



Әlaqәli Xәbәrlәr