"Rusiyanın bu hücumlar zamanı onlarla Türkiyə əsgərini öldürdüyünə inanırıq", M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Suriyanın İdlib bölgəsi mövzusunda Türkiyənin yanında olduqlarını bildirib.

1380149
"Rusiyanın bu hücumlar zamanı onlarla Türkiyə əsgərini öldürdüyünə inanırıq", M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Suriyanın İdlib bölgəsi mövzusunda Türkiyənin yanında olduqlarını bildirib.

Pompeo Suriyadakı Əsəd rejimi bombardmanları üçün isə "Rusiyanın bu hücumlar zamanı onlarla Türkiyə əsgərini öldürdüyünə inanırıq" deyib.

Mayk Pompeo Dövlət Departamentində keçirdiyi mətbuat konfransında deyib:

“Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin İdlibdəki hücumları səbəbindən bir milyona yaxın insan didərgin düşdü”.

Suriyada məsələnin siyasi yolla həlli üçün təkrar çağırış edən Pompeo bölgədəki mülki əsas quruluşların da Əsəd rejiminin və tərəfdarlarının bombardmanlarının qurbanı olduğunu vurğulayıb.

"Rusiyanın bu hücumlar əsnasında onlarla Türkiyə əsgərini öldürdüyü inanırıq. NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Türkiyəyə əlavə dəstək verməyi düşünməyi davam etdirəcəyik" deyə Mayk Pompeo qeyd edib.



Әlaqәli Xәbәrlәr