"İdlibdə atəşkəsə ümumilikdə əməl edilir", M.Zaxarova

Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Türkiyə və Rusiyanın barəsində razılıq əldə etdikləri “İdlibdə atəşkəs” qərarına əməl edildiyini söyləyib.

1377604
"İdlibdə atəşkəsə ümumilikdə əməl edilir", M.Zaxarova

Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Türkiyə və Rusiyanın barəsində razılıq əldə etdikləri “İdlibdə atəşkəs” qərarına əməl edildiyini söyləyib.

Rusiyadakı yeni növ koronavirus (Kovid-19) tədbirləri çərçivəsində həftəlik mətbuat konfransını boş salonda video konfransla keçirən Zaxarova jurnalistlərin suallarını isə Çağrı Mərkəzi vasitəsilə telefonla zəng edərək cavablandırıb.

Sözçü Zaxarova Suriyanın İdlib bölgəsindəki son vəziyyətə toxunaraq deyib:

“Son zamanlarda İdlibdə Təhlükəsizlik Bölgəsində təhlükəli gərginliyin öhdəsindən gəlindi. Bu, Türkiyə və Rusiya liderlərinin martın 5-də Moskvada keçirdiyi yığıncaqda qəbul edilən razılaşma sayəsində mümkün oldu. Moskvada qəbul edilən protokol 17 sentyabr 2018-ci ildəki Soçi razılaşmasına əlavə olaraq imzalandı. Bununla da martın 6-dan etibarən İdlib bölgəsində  təmas xəttində toqquşmalar sona çatdı. Atəşkəsə ümumilikdə əməl edilir. Bu da İdlibdə sabitliyin təmin olunmasına töhfə verir. Razılaşmalara əməl edilməsinə imkan yaratmaq üçün Türkiyə və Rusiya müdafiə nazirləri arasında təmaslar davam edir.

Sözçü Zaxarova Rusiya və Türkiyə arasında 2019-cu ildə imzalanan məmorandum sayəsində Suriyanın şimal-şərqində də ümumi vəziyyətin sabit olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr