BMT-nin baş katibi Antonio Qutarreş Suriya böhranı ilə əlaqədar açıqlama verib

“Suriyadakı müharibənin 10-cu ilinin eyni qətliamla, insan haqları və beynəlxalq insani hüququn eyni şəkildə gözdən yayındırılması və həmin qeyri-humanitar şəkildə nəticələnməsinə icazə verə bilmərik”.

1377361

Bunu BMT-nin baş katibi Antonio Qutarreş Suriya böhranı ilə əlaqədar verdiyi açıqlamada deyib.

O bildirib ki, Suriyada 9 il müddətində müharibə cinayətləri daxil dəhşətli bir vəhşiliyə və həddən artıq sistemli insan haqları pozuntularına şahid olundu. Suriyada müharibənin 10-cu ilinə daxil olundu, amma sülh hələ də çox uzaqdır.

Suriya əhalisinin yarısından çoxunun evlərini tərk etmək məcburiyyətində qaldığına və milyonlarla insanın hələ də əmin-amanlıq içində olmadığına işarə edən Qutarreş 11 milyon suriyalının isə həyati əhəmiyyət daşıyan humanitar yardıma ehtiyacının olduğuna diqqət çəkib.

Baş katib “Minlərlə insan itkindir, nəzarət altında olanlara pis rəftar edilir və işgəncə verilir. Ölən və yaralıların sayı qeyri-müəyyəndir. Bu dəşhətli cinayətlər cəzasız qalmamalıdır” deyib.

Әlaqәli Xәbәrlәr