Türkiyə İraqda hərbi bazaya edilən hücumu qınadı

Türkiyə İraqda terror təşkilatı DEAŞ-a qarşı mübarizə Koalisiyası qüvvələri və NATO personalının olduğu hərbi bazaya təşkil edilən xain hücumu qınadı.

1377107
Türkiyə İraqda hərbi bazaya edilən hücumu qınadı

Xarici İşlər Nazirliyinin açıqlamasında: “11 Martda İraqda terror təşkilatı DEAŞ-a qarşı mübarizə Koalisiyası və NATO-nun bu ölkədəki personalının qaldığı Taci bazasına təşkil edilən raket hücumunu qınayır və İraq rəsmilərindən cinayətkarların tutularaq məhkəməyə təhvil verilmələrini istəyir  və  daha belə hücumların tekrar edilməməsi üçün lazımlı tədbirlərin həyata keçirməlirini gözləyirik. İraqın terrora qarşı mübarizəsinə dəstək verən və təhlükəsizlik potensialını gücləndirən xarici personalı hədəfə götürən hücumun regionumuzun sabitliyinə və təhlükəsizliyinə təhlükə yaradacaq yeni münaqişələrə səbəb olmamasını arzulayırıq. Bütün tərəfləri daha  etinalı  olmağa dəvət edirik”-deyə   nazirliyin  açıqlamasında vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyası Taci hərbi bazasına raket hücumu nəticəsində 3 əsgərin həyatını itirdiyi 12-nin isə yaralandığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr