BMT-nin baş katibi İdlibdə atəşkəsin daimi olmasına ümidini dilə gətirib

Türkiyə ilə Rusiya arasında əldə edilmiş razılaşmaya əsasən, Suriyanın İdlib şəhərində atəşkəs elan edilib.

1373063
BMT-nin baş katibi İdlibdə atəşkəsin daimi olmasına ümidini dilə gətirib

Türkiyə ilə Rusiya arasında əldə edilmiş razılaşmaya əsasən, Suriyanın İdlib şəhərində atəşkəs elan edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin tərəfindən Rusiyanın paytaxtı Moskvada əldə edilən razılaşmadan sonra İdlibin Gərginliyi Azaltma Bölgəsində atəşkəsə nail olunub.

Anlaşmada İdlibin Gərginliyi Azaltma Zonasındakı təmas xəttində hərbi əməliyyatlar 6 mart 2020-ci il tarixində gecə saat 00.01-dən etibarən dayandırılacaq” maddəsi əksini tapıb.

BMT-nin Baş katibi Antonio Quterreş, Türkiyə və Rusiyanın birgə razılaşmasına əsasən İdlibdə elan edilən atəşkəsin “daimi” olmasına ümid etdiyini bildirib.

Quttereş BMT baş katibinin sözçüsü Stefan Dujarric vasitəsilə Türkiyə və Rusiya arasında İdlibdə atəşkəs mövzusunda “yüksək səviyyədə”' əldə edilən razılaşma ilə bağlı açıqlama verib.

Atəşkəsin dərhal tətbiq edilməsini, davamlı olmasını və Suriyanın şimal-qərbindəki vətəndaşların müdafiəsinə ümid etdiyini vurğulayan Quterreş BMT-nin nəzarəti altında siyasi danışıqlara qayıtmaqla bağlı çağırış da edib.

Amerika Birləşmiş Ştatları (ABŞ) da, Türkiyə ilə Rusiya arasında əldə olunan İdlib atəşkəs razılaşmasının, bölgədəki humanitar böhranı yüngülləşdirməsi və təhlükəli vəziyyətin aradan qaldırılması baxımından ümidverici olduğunu açıqlayıb.

ABŞ-ın Dövlət Katibliyinin açıqlamasında “Hazırda İdlibdə olduqca təhlükəli vəziyyətin aradan qaldırılacağına və Əsəd rejimi, Rusiya, İran, eləcə də Hizbullah qüvvələri tərəfindən mülki ərazilərə edilən hücumlar nəticəsində yaranan qorxunc humanitar böhranı yüngülləşdirəcəyinə ümid etdiyimiz Türk-Rus atəşkəsini dəstəkləyirik” deyə bildirilib.

Bununla yanaşı, ABŞ-ın NATO müttəfiqi Türkiyə ilə atəşkəsin detallarını müzakirə etməyi gözlədiyini əks etdirən açıqlamada “Artıq ən önəmli məqam davamlı atəşkəsin nəzərdə tutulduğu razılaşmaya Əsəd və dəstəkçilərinin əməl edib-etməyəcəkləridir” fikrinə də yer verilib.



Әlaqәli Xәbәrlәr