Qanunsuz miqrantları Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları xilas ediblər

Dənizdən keçməklə Yunanıstana getmək istəyən və qarşısı alınan qanunsuz miqrantlar Türk Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas ediliblər.

1371798
Qanunsuz miqrantları Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları xilas ediblər

Dənizdən keçməklə Yunanıstana getmək istəyən və qarşısı alınan qanunsuz miqrantlar Türk Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas ediliblər.

Sahil Mühafizə Komandanlığının məlumatına görə, Çanaqqalanın Ayvacık bölgəsinin Kadirga Burnu ərazisindən yola düşən bir qrup qanunsuz miqrant Yunanıstan sularına daxil olarkən bu ölkənin Sahil Mühafizə Xidməti tərəfindən saxlanılıb.

Fırtına səbəbindən irəliləməkdə çətinlik çəkən mühacirlər Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Türkiyə ərazisinə doğru yönləndiriliblər.

Batma təhlükəsi ilə üzləşən 49 Əfqanıstan vətəndaşı Türkiyə Sahil Mühafizəsindən kömək istəyib. Xilas edilən miqrantlar Küçükkuyudakı Sahil Mühafizə Polisi Komandanlığına aparılıblar.

Bundan başqa, Aydın vilayətinin Kuşadası ərazisindən Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən geri qaytarılan 2 qayıqdakı 93 qanunsuz miqrantı da Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları xilas ediblər.

Həmçinin Davutlar məhəlləsi istiqamətindən Yunanıstana getmək istəyən qanunsuz miqrantların olduğu 2 rezin qayıq Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyə ərazisinə yönləndirilib. Qayıqdakıların xilas olunması üçün əraziyə Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Onlar 2 qayıqdan 74 Əfqanıstan, 19 Suriya vətəndaşını xilas ediblər. Qanunsuz miqrantlardan 28-nin uşaq, 10-nun qadın olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr