Ceyms Cefri və Kelli Kraft humanitar yardımlarına görə Türkiyəyə təşəkkür etdilər

Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Kelly Kraftvə Suriya üzrə xüsusi nümayəndəsi Cefri suriyalı qaçqınlara humanitar yardımları yaxından görmək üçün Ankaradakı təmaslarından sonra Türkiyənin Hatay vilayətinə keçdi.

1371120
Ceyms Cefri və Kelli Kraft humanitar yardımlarına görə Türkiyəyə təşəkkür etdilər

ABŞ rəsmiləri bölgədəki təhqiqatları çərçivəsində əvvəlcə BMT-nin suriyalılara yardımının paylandığı Reyhanlıdakı logistika mərkəzinə baş çəkərək BMT-nin burdakı rəsmilərindən, o cümlədən BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkokdan məlumat aldılar.

Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Feridun Sinirlioğlunun müşayiət etdiyi Kraft verdiyi açıqlamada, qaçqınların vəziyyətini yaxından müşahidə etmək üçün prezident Donald Trampın təlimatı ilə burada olduğunu bildirib. Yardımların Suriya ərazisindəki qaçqınlara çatdırıla bilməsi üçün sərhəd qapısının açıq qalmasının əhəmiyyətinə toxunan Kraft bölgədə daimi atəşkəsin bərpasının vacib olduğunu, bu çətin dövrdə suriyalılara 108 milyon dollarlıq əlavə vəsait  ayırdıqlarını vurğulayıb.

Humanitar faciənin yeganə cavabdehinin Bəşər Əsəd rejimi olduğunu ifadə Kraft bu təhlükəli və dəhşətli vəziyyət qarşısında Rusiya və Əsəd rejimindən dərhal atəşkəs elan etmələrinin istənilməsinə zərurət olduğunu qeyd edib.

BMT baş katibinin müavini Mark Lovkok da ABŞ və Türkiyəyə yardımlarına görə təşəkkürlərini bildirib.



Әlaqәli Xәbәrlәr