BMT: "Bəşər Əsəd rejimi və Rusiya Suriyada müharibə cinayətləri törətdi"

BMT-nin Suriya üzrə Araşdırma Komissiyası Bəşər Əsəd rejimi və Rusiyanın Suriyada müharibə cinayətləri törətdiyini bildirib.

1370325
BMT: "Bəşər Əsəd rejimi və Rusiya Suriyada müharibə cinayətləri törətdi"

BMT-nin Suriya üzrə Araşdırma Komissiyası Bəşər Əsəd rejimi və Rusiyanın Suriyada müharibə cinayətləri törətdiyini bildirib.

BMT-nin Suriya Araşdırma Komissiyası mövzuyla əlaqədar hazırladığı hesabatda Əsəd rejiminin Suriyada səhiyyə təşkilatlarını və mülki ünsürləri atəşə tutaraq dəfələrlə müharibə cinayətləri törətdiyini vurğulayıb.

Hesabatda Rusiya Hərbi Hava Qüvvələrinin də (İdlibdə) mülki bölgələrə hədəfsiz hücumlar edərək müharibə cinayətləri törətdiyi vurğulanıb.

Hesabatda ayrıca, SDG adından istifadə edən terror təşkilatı PYD/YPG/PKK tərəfindən işğal olunan ərazilərdə mülki şəxslərin, o cümlədən uşaqların hüquqlarını pozduğu bildirilib.

BMT Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının üzvü Hanny Megaly verdiyi açıqlamada "Türkiyə İdlibdə mülki şəxslərin zərər görməməsi üçün çox diqqətli davranır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr