“Rusiyanın müharibə planı yoxdur”, Putin
Rusiya prezidenti Vladimir Putin ölkəsinin heç kimlə vuruşmaq niyyətində olmadığını deyib.
1369857
Putin Rusiya informasiya agentliyi TASS-a müsahibəsində Suriyanın İdlib bölgəsində cərəyan edən vəziyyətə münasibət bildirib. O: “Heç kimlə müharibə etmək niyyətimiz yoxdur. Rusiya müharibə üçün hazırlıqlar aparmır. Belə bir şeyi heç kəs xəyal belə etməsin. Bu söz-söhbətlərin olmaması üçün lazımlı addımları atmaqda davam edirəm”-deyə Putin vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Bağdad hava limanı raket atәşinә tutulub
Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.