Azez və İdlib bölgələrində Türkiyəyə dəstək nümayişləri keçirilib

Suriyanın Azez və İdlib bölgələrində Türkiyəyə dəstək olmaq üçün nümayişlər keçirilib.

1369581
Azez və İdlib bölgələrində Türkiyəyə dəstək nümayişləri keçirilib
Suriye_gösteri-2.jpg

Suriyanın Azez və İdlib bölgələrində Türkiyəyə dəstək olmaq üçün nümayişlər keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı ilə terrordan təmizlədiyi Ahtarin bölgəsində keçirilən dəstək nümayişlərində insanlar Suriya rejiminə etirazlarını bildiriblər.

Türkiyəyə dəstək şüarları səsləndirən nümayişçilər şəhidlər üçün də dualar edib, prezident Rəcəb Tayyib Ərdoğana sevgilərini dilə gətiriblər.  

Ölkənin şimal-qərbindəki İdlibin şəhər mərkəzi və “Fərat qalxanı” əməliyyatının keçirildiyi bölgədəki dinc vətəndaşlar Astana və Soçi razılaşmaları əsasında İdlibdə olan Türkiyəyə şəhidlərə görə başsağlığı diləyərək, “Bahar qalxanı” əməliyyatına dəstəklədiklərini ifadə ediblər.

Əsəd rejiminin tərəfində olan Rusiya və İrana etiraz edən mülki şəxslər "9 ildə ilk dəfə göydə bir təyyarədən qorxmadıq", "Türkiyənin müdaxiləsini alqışlayırıq", "Çanaqqalada məzarlarımız yan-yana idi və İdlibdə qanlarımız qarışdı"," Biz və türklər din, tarix, mədəniyyət və insanlıqda qardaşıq" deyən pankartlar açıblar.



Әlaqәli Xәbәrlәr