İranda korona virusundan ölən və yoluxanların sayı artdı, xüsusən Tehran, Qum və Gilanda
Məlumatı İran Səhiyyə Nazirliyi Xalqla Əlaqələr İdarəsinin məsul işçisi Kiyanuş Cihanpur təşkil edilən mətbuat konfransında verib.

İranda yeni tip korona virusu (Covid-19) ilə bağlı yenə ölən var. Belə ki, 11 adamın da ölümüylə həyatını itirənlərin sayı 54-ə çıxıb, yoluxma hadisəsi isə 978-ə yüksəlib. Məlumatı İran Səhiyyə Nazirliyi Xalqla Əlaqələr İdarəsinin məsul işçisi Kiyanuş Cihanpur təşkil edilən mətbuat konfransında verib. K.Cihanpur onu da bildirib ki, “Covid-19”la bağlı 1 gün içində 385 yoluxma hadisəsi təsbit edilib ki, bu da ümumi rəqəmin 978-ə yüksəldiyini göstərir.
İran səlahiyyətlisinin söylədiyinə görə, İranda korona virusuna ən çox Tehran, Qum və Gilan ərazilərində rast gəlinir. Virusa yoluxma hadisələri artır və əyalətlərdə vəziyyət ciddidir. Vətəndaşlardan ölkənin şimalında yerləşən Gilan və Mazandaran rayonlarına getməmək tövsiyə olunub.
İran Səhiyyə Nazirliyi Xalqla Əlaqələr İdarəsinin məsul işçisi Kiyanuş Cihanpur onu da bildirib ki, ölkə daxilində korona virusu diaqnozu qoyulan 75 adam yaxşılaşaraq xəstəxanadan buraxılıb.