Türkiyədəki qaçqınların Avropa sərhədlərinə axışması Qərbi çaxnaşmaya saldı

Yunanıstan nizamsız immiqrantlara maneə törətmək üçün həyəcan təbili çalıb.

1369173
Türkiyədəki qaçqınların Avropa sərhədlərinə axışması Qərbi çaxnaşmaya saldı

 

  Türkiyədəki qaçqınların Avropa sərhədlərinə doğru irəliləməsi Qərbdə çaxnaşmaya səbəb olub.

  Yunanıstan nizamsız immiqrantlara maneə törətmək üçün həyəcan təbili çalıb.

  Avropaya keçmək üçün Ədirnəyə gedib sərhəd qapısında toplanan təxminən 3 min qaçqının bir çoxu Yunanıstan polisinin sıxdığı qaz və səs bombaları nəticəsində yaralanaraq xəstəxanaya aparılıb.

  Pazarkule - Kastanies Sərhəd Qapısı arasındakı neytral bölgədə gözləyən nizamsız immiqrantları isə yunan polisi havaya atəş açaraq qapıdan uzaqlaşdırmağa çalışıb.

  Yunanıstan hökumətinin sözçüsü Stelios Peças mövzu ilə bağlı deyib: “Tədbirlər artırılır. Yunanıstan sərhədlərini qorumaq üçün lazım olan hər şeyi edəcək”.

  Avropaya getmək istəyən qaçqınların digər tərəfdən Yunanıstanın Midilli adasına keçidləri hələ sürür.

  Yunanıstanın baş naziri Kiryakos Miçotakis Almaniya kansleri Angela Merkelə immiqrant axınıyla əlaqədar danışıb.

  Yunanıstan Müdafiə Nazirliyi fövqəladə yığıncaq keçirib.

  Bu məsələlər Avropa mətbuatında da böyük əks-səda yaradıb. İngiltərənin “The Guardian” qəzeti yazıb: "İdlib şəhərindəki insanlıq dramı Avropaya yeni immiqrant böhranı yaradacaq… Suriya ordusunun İdlibə hücumları davam edərsə, əvəz ödəyənlər ancaq suriyalılar olmayacaq.”

  Belçika Dövlət Televiziyası Türkiyədən Yunanıstan sərhədinə axın edən yüzlərlə qaçqının tampon bölgədə qapalı qaldığını göstərib. Almaniya qəzetləri Yunanıstan və Bolqarıstan hökumətlərinin tədbirləri artırdığını, İtaliya mətbuatı da Yunanıstan sərhədinə gedən qaçqın sayının 30 mini keçə biləcəyini yazıbıar.



Әlaqәli Xәbәrlәr