İranda bir millət vəkili korona virusundan həyatını itirdi

İranda millət vəkili koronavirusa yoluxaraq ölüb.

1369067
İranda bir millət vəkili korona virusundan həyatını itirdi

 

  İran İslam Şurası Məclisinin (parlament) deputatı Məhəmədəli Ramazani korona virusuna yoluxaraq həyatını itirib.

  

M.Ramazani fevralın 21-də İran parlamentinə keçirilən seçkilərdə deputat seçilmişdi.

 

  İranın Səhiyyə Nazirliyinin yaydığı açıqlamaya görə, hazırda İranda 388 nəfər virusa yoluxan qeydiyyata alınıb, onlardan 34-ü həyatını itirib. Amma nazirlik Qərb mətbuatının İranda 210 nəfərin virusa yoluxaraq ölməsi haqqında yayılan xəbərləri təkzib edir.

  İran Məclisinin sözcüsü Əsədullah Abbasi bildirib ki, beş deputatda da korona virusu çıxıb. 



Әlaqәli Xәbәrlәr