Riyad əl-Maliki Türkiyəyə minnətdarlığını bildirdi

Türkiyənin ABŞ-nın qondarma sülh planı qarşısında izlədiyi siyasəti yüksək qiymətləndiririk. Bunu Fələstin Xarici işlər naziri Riyad əl-Maliki deyib.

1367268
Riyad əl-Maliki Türkiyəyə minnətdarlığını bildirdi

Maliki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 43-cü sessiyasına qatılmaq üzrə səfərdə olduğu İsveçrədə, BMT-nin Cenevrə Ofisində mətbuat konfransı təşkil edib.

Maliki, Türkiyənin ABŞ prezidenti Donald Trampın “Əsrin müqaviləsi” deyə xarekterizə etdiyi qondarma sülh planına qarşı göstərdiyi sərt reaksiya ilə əlaqəli ünvanlanan suala cavabən: “İslam Əməkdaşlıq Təşkilatı üzvü və dost bir ölkə olan Türkiyənin duruşundan məmnuniyyət duyuruq. Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı özünü müşayiət edən Xarici işlər naziri Çavuşoğlundan bu səfəri ləğv edib, Ciddədə təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə yığıncağına qatılmasını tələb etdi. Bu Türkiyənin Fələstinə güclü dəstəyinin və Trampın planını rədd etdiyinin göstəricisidir. Bütün bu detalları yaxından izləyir və Türkiyənin plana qarşı siyasətini yüksək qiymitləndiririk”- deyə vurğulayıb.

İsrail Baş naziri Binyamin Netanyahunun 20 fevralda Şərqi Qüdsdəki iki qanunsuz yəhudi yaşayış məntəqəsində 5 mindən çox yeni ev tikəcəyinə dair sözlərinə də sərt reaksiya verən Maliki, plan ilə iki dövlətli həll yolunun məhv edilməsinin məqsəd götürüldüyünə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr