Qətər Əmiri Tunisdə səfərdədir

Qətər Əmiri Şeyx Temim İbn Hamed Əl Sani Tunisə səfərə getdi.

1365829
Qətər Əmiri Tunisdə səfərdədir

Qətər Əmir Əl Sani Tunisə reallaşdırdığı səfər zamanı Karatac beynəlxalq hava limanında Prezident Kays Said tərəfindən rəsmi mərasimlə qarşılandı.

Tunis prezident aparatından yayılan məlumata görə Said və Əl Sani arasında Karatac Sarayında baş tutan görüşdən sonra iki ölkə nümayəndə heyətləri biraraya gəlib.

Çoxtərəfli danışıqlarda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qətər Əmiri İordaniyadakı təmaslarını bu gün tamamladıqdan sonra səfərinin ikinci dayanacağı olan Əlcəzairə keçəcək.

 

 



Әlaqәli Xәbәrlәr